Siyasət

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində aparılır"

  • 06 Jun 2017
  • 229 baxış

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində aparılır".

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və Ombudsmanlarının 3-cü iclasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

O qeyd edib ki, korrupsiya ilə mübarizə Azərbaycanda dövlət siyasətidir: "Azərbaycanda 3 pilləli məhkəmə sistemi mövcuddur. Beynəlxalq təşkilatlar ölkəmizdə görülən işləri yüksək qiymətləndirirlər. Azərbaycan brendi olan "ASAN xidmət" modeli fəaliyyət göstərir. Bu qurumun yaradılması korrupsiyaya qarşı mübarizə sahəsində atılan mühüm addımdır. Azərbaycan bu sahədə vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlıq edir".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR