Siyasət

Londonun müsəlman meri: "Bizi qorxutmaq mümkün deyil" - VİDEO - FOTO

  • 06 Jun 2017
  • 213 baxış

Dünən minlərlə, on minlərlə müsəlman Londonun mərkəzinə yığışaraq ötən şənbdə günü törədilmiş məşum terror aktının qurbanlarını anıblar.

Şəhərin meri, Pakistan əsilli müsəlman olan Sadiq Xan yığışanların qarşısında çıxış edərkən bildirib ki, İslam adı ilə pərdələnən insanlar britaniyalıları, o cümlədən ölkənin müsəlman vətəndaşlarını qorxuda bilməyəcəklər.

XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, Potters Field Park-dakı aksiyaya London Şəhər Polisinin rəhbərliyi və mənsubları, habelə Kenterberi arxiyepiskopu da qatılmışdılar.

7 nəfərin həlak olduğu, 48 nəfərin yaralandığı teraktdan bəhs edərkən Sadiq Xan deyib: "Şəhərimizə barbar hücumundan həlak olanları və yaralananları anmaq üçün buradayıq. Tauer körpüsündə insanlara hücum edənlər hər birimizi hədəfə aldılar. Lakin onlar məqsədlərinə çatmayacaqlar, çata da bilməyəcəklər. Həyatımız davam edir, daha da irəliləyəcəyik".

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR