Dünya
Əjdaha şahzadənin FOTOları yayıldı
Himalay dağlarında kiçik dövlət olan Butan Krallığının varis şahzadəsi Jigme Namcel Vangçukun rəsmi fotoları sayılan ilk görüntüləri yayılıb.
XalqTV.com AsiaOne-a istinadən bildirir ki, Butanın paytaxtı Thimphudakı Linqan kral sarayında çəkilmiş fotolarda kiçik şahzadə anası, kraliça Cesun Pema və atası, kral Cikme Kesar Namqyul Vanqkçukla birlikdədir.
37 yaşlı kral və 27 yaşlı kraliçanın 1 yaşlı oğlu Butanda "əjdaha şahzadə" sayılır.
Fotoların rəsmən yayılmasının səbəbi iyunun 4-də kraliçanın ad günü olmasıdır.
Srağagün Butanda "Qyalsuen Günü" kimi rəsmi bayram qismində qeyd olunub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR