idman
Azərbaycan - Şimali İrlandiya matçına 15 800 bilet satılıb
DÇ-2018-in seçmə mərhələsində baş tutacaq Azərbaycan - Şimali İrlandiya oyununa bilet satışı davam edir.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun üçün artıq 15 800 bilet satılıb.Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya görüşü iyunun 10-u saat 20:00-da başlayacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR