İqtisadiyyat

Külli miqdarda borcu olan Qax sakininin meyiti meşədə asılı vəziyyətdə tapıldı

  • 09 May 2017
  • 266 baxış

Qaxda həmyerlilərinə borcu olan 47 yaşlı kişinin meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb.

XalqTV.com xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verdiyi məlumata görə, rayonun Çinarlı kənd sakini, 1970-ci il təvəllüdlü Şamil Şamxal oğlu Şamxalovun meyiti mayın 8-də axşam saatlarında kəndin yaxınlığındakı meşəlik ərazidə ağacdan asılı vəziyyətdə aşkar olunub. 
 
Aparılan araşdırma zamanı məlum olub ki, iki həftə əvvəl Rusiyadan qayıdan Şamil Şamxalov özünü asaraq intihar edib.
 
Şamil Şamxalovun intihar edən zaman sərxoş vəziyyətdə olduğu və onun üzərindən tapılan  məktubda bir neçə rayon sakininə xeyli miqdarda pul borcu olduğu qeyd olunub.
 
Faktla bağlı Qax Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR