idman

Aprel ayının ən yaxşı futbolçusu mükafatlandırıldı - VİDEO - FOTO

  • 05 Jun 2017
  • 244 baxış

Azərbaycan Premyer Liqasında aprel ayının ən yaxşı futbolçusu mükafatına sahib çıxdı.

XalqTV.com bildirir ki, goal.az-ın keçirdiyi sorğunun qalibi, PFL-in təqdim etdiyi futbolçu, klublardan ən çox səs alan 2 futbolçu və ötən ay çox qol vuran futbolçu arasından azarkeşlər tərəfindən seçilir. Aprel ayının ən yaxşı futbolçusu "İnter"in hücumçusu Rauf Əliyev seçilmişdi.

Qeyd edək ki, aprel ayının ən yaxşı futbolçusu adına namizədlər sırasında "Zirə"dən Təmkin Xəlilzadə və Riçard Qadze, həmçinin "Qəbələ"dən Tellur Mütəllimov da yer alırdı. 4025 nəfərin iştirak etdiyi səsvermədə 51% səs toplayan Rauf Əliyev aprel ayının ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR