idman

"Bu məşqçi də qorxaqdır, çəkinmədən deyirəm"

  • 05 Jun 2017
  • 228 baxış

"Sevilya"nın yarımmüdafiəçisi Yevqeni Konoplyanka son mövsümü "Şalke"də icarədə oynayıb. Ukraynalı havbek Bundesliqada cəmi 17 oyuna çıxıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, futbolçu baş məşqçi Marku Vayntsrilin ona qarşı dürüst davrana bilməməsindən danışıb.

""Şalke"dən getmək istədiyimi gizlətmirəm. Klubun baş direktoru ilə danışdım və baş məşqçinin postunda qalacağını öyrəndim. Məşqçi məni çağırıb təbəssümlə dedi: "Görürəm, oynamaq istəyirsən". Ona baxıb cavab verdim: "Bunu indi başa düşmüsüz?" Mənə bildirdi ki, növbəti mövsüm özümə başqa komanda axtarım. Dözə bilməyib dedim: "Qulaq as, burda məndən çox qalacağını düşünürsən ki?" Ona daha çox sual verə bilərdim. Vayntsril 15 milyon xərc çəkilən futbolçunu buraxmağa hazırdır. Buna görə məqsədini aydınlaşdırmalı idi. İndi durub mənim evə getməyimdən 1 dəqiqə əvvəl bunu deyir. Bu qorxaqlıqdır. Bu məşqçi də qorxaqdır, çəkinmədən deyirəm. Vayntsril bu komandada uzun müddət qalmayacaq. Ona arzum budur. Əks halda, "Şalke" aşağı dəstəyə düşəcək".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR