idman

"Sadəcə tortun üstündə albalı çatışmadı"

  • 05 Jun 2017
  • 227 baxış

İtaliya millisinin baş məşqçisi Campyero Ventura Çempionlar Liqasının finalında "Yuventus"un növbəti dəfə məğlub olması barədə fikir bildirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis futbolçulara bununla barışmağı tövsiyə edib.

"Yuventus"ın məğlub olmadan, cəmi 3 top buraxaraq finala vəsiqə qazanması diqqətəlayiq məqamdır. 90 dəqiqə bütün mövsümün təəssüratını korlaya bilməz. Bəli, onlar finalda məğlub oldular. Amma bununla barışmaq lazımdır. Mən Anyellinin sözləri ilə tamamilə razıyam. "Yuventus" əla mövsüm keçirdi. Sadəcə tortun üstündə albalı çatışmadı. Böyük futbolçular uğursuzluqlara həmişə reaksiya vermək yolunu tapırlar. Bu yenilgi "Yuventus"a sonradan Çempionlar Liqasının qalibi olmağa kömək edə bilər".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR