""Bakı prosesi" daha geniş miqyas alacaq"
"Azərbaycan dünyada mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib".
Bunu XalqTV.com-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədr müavini Rauf Əliyev Bakıda "Mədəniyyətlərarası diloqun inkişafı; İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti barədə danışarkən bildirib.
/>
Millət vəkilinin fikrincə, Bakıda belə bir Forumun keçirilməsi Azərbaycanın dünya ölkələri arasında mədəniyyətlərarası dialoqun inkişafına böyük dəstək verdiyini və bu prosesə sadiqliyini bir daha aydın şəkildə nümayiş etdirdi: "Azərbaycan tərəfinin təklifi ilə ilk dəfə olaraq Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçrilib. Forumun açlış mərasimində ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak ediblər. Prezident İlham Əliyev açlış mərasimindəki nitqində qeyd edib ki, bu Forum artıq dünya məsələlərini müzakirə edən qlobal beynəlxalq platformaya çevrilib.
/>
Bu Forumda dünyanın 120 ölkəsindən rəsmi şəxslər, 39 beynəlxalq təşkilatdan nümayəndələr, 50-dən çox QHT-nin nümayəndələri, ümumilikdə, 800-dən çox xarici nümayəndə iştirak edib. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər, 30-dan çox nazir daxildir. İlk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbərləri eyni tədbirdə iştirak edib və onlar dünyanın ən nüfuzlu beynəlxalq institutlarıdır. Bu Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO nun tərəfdaşlığı ilə təşkil olunub.
Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin mədəniyyət sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində ölkəmiz dünyanın mədəniyyət mərkəzinə çevrilib. Prezident İlham Əliyevin 4 noyabr 2008-ci il tarixli Sərəncamına uyğun olaraq həmin ilin dekabrın 2-3-də Bakıda Avropa Şurası üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçrilmişdi. Bu konfransla "Bakı prosesi"nin əsası qoyulub və bu təşəbbüs sonrakı illərdə qlobal prosesə çevrilib. Artıq 4-cü dəfədir ki, bu tədbir "Bakı prosesi" təşəbbüsü çərçivəsində təşkil olunur".
/>
R.Əliyev qeyd edib ki, "Bakı prosesi" artıq dünyanı narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib: "Burada dünyanın bir çox ölkələrindən məşhur siyasətçilər, nüfuzlu beynəlxalq təşkilatların nümayyəndələri, ictimai-siyasi xadimlər bir araya gəlir və dünyanı narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparır, yaranmış problemlərin həlli yollarını axtarırlar. Forumda, ümumilikdə, 40-dan çox sessiya və tədbir keçrilib. Bu sessiyalarda dünyanı ən çox narahat edən qlobal problemlər, bəşəriyyətin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən məsələlər, insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlər arası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi və digər məsələlər müzakirə olunub. Bu Forum göstərdi ki, "Bakı prosesi" getdikcə daha geniş məsələləri əhatə edir, beynəlxalq aləmdə nüfuz sahibi olan iştirakçıların sayı artır. Bu onu göstərir ki dünyanı narahat edən problemlərin dinc yolla, danışıqlar yolu ilə, müzakirələrlə həlli yollarını tapmaq mümkündür. Dünyada buna inanan qüvvələr daha çoxdur. Azərbaycanın bir dövlət kimi bu proseslərin fəal iştirakçısı və təşkilatçısı kimi beynəlxalq aləmdə nüfuzu getdikcə daha da artır. İnanıram ki, bu məhz belə də davam edəcək və "Bakı prosesi" daha geniş miqyas alacaqdır".
İlkin İzzət
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində