idman

"Kəpəz" 23 yaşlı qapıçı transfer etdi

  • 04 Jun 2017
  • 228 baxış

Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçu ilə razılığa gəlib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Gəncə klubu Ruzi Qiyaslı ilə bir il müddətinə anlaşıb. Son mövsümü icarə əsasında I divizion klubu "Şəmkir"də keçirən 23 yaşlı qolkiper müqavilə ilə "Neftçi"yə məxsus olub. "Kəpəz" İlyas Səfərzadə ("Qarabağ"), Kamran Abdullazadə ("Sumqayıt"), İlkin Sadıqov ("Turan Tovuz"), Tural Cəlilov ("Zirə") və Azər Məmmədovu ("Turan Tovuz") da transfer edib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR