idman

59 il sonra "qızıl dubl"

  • 04 Jun 2017
  • 239 baxış

Çempionlar Liqasının finalında "Yuventus"la qarşılaşan "Real" 4:1 hesablı qələbə qazanaraq çempion olub.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, bununla da "kral klubu" 2016/17 mövsümünü "qızıl dubl"la başa vurub.

Belə ki, Madrid təmsilçisi La Liqada da ən yaxın rəqibi "Barselona"nı qabaqlayaraq çempionluğu bayram etmişdi.
 
Qeyd edək ki, bu, "Real"ın 59 il sonra ikinci oxşar uğurudur. Sonuncu dəfə 1958/59 mövsümündə iki cəbhədə qələbə sevinci yaşanmışdı.

 XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR