Xəbərlər

Siyəzəndə yol qəzası olub, ata və oğlu ölüb, 7 nəfər yaralanıb

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 01 Sep 2023
  • 35444772 baxış

Sentyabrın 1-də səhər saatlarında Siyəzəndə baş verən yol qəzasında yaralananların kimliyi məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, onlar Əmirova Mələkzadə, Əmirov Elvin, Əmirova Siyafət, Əmirli Günel, Abbasov İslam, Əmirli Emil (azyaşlı) və Nəzərov Əlövsətdir.

Qəza nəticəsində Əmirov Samit və onun oğlu Əmirov Elnur hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Bu gün səhər saatlarında Siyəzən rayonunda baş verən yol qəzasında yaralananların sayı 7-yə çatıb.

"Report"un Şimal bürosunun məlumatına görə, onlar Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilib.

İlkin məlumata görə, qəzaya düşən şəxslər məktəbli formaları almaq üçün Bakı şəhərinə gedirmişlər.

Siyəzən rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


xalqtv.com un  Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində (105-ci km-də) qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili ilə “Toyota” markalı minik avtomobili toqquşub.

Nəticədə rayonun Böyük Həmyə kənd sakinləri - 1987-ci il təvəllüdlü Samit Bədəl oğlu Əmirov və onun oğlu 2019-cu il təvəllüdlü Elnur Samit oğlu Əmirli dünyasını dəyişib.

Xəsarət alanların isə şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


xalqtv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR