idman
"Barcelona" Ardanı satır?
"Barcelona"nın yeni məşqçilər korpusu Arda Turanın xidmətlərinə ehtiyac duymur.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, katalonlar onu 41 milyon avroya satmağa hazırdır. "Galatasaray" sabiq kapitanını geri qaytarmaq istəsə də, göstərilən məbləğ "sarı qırmızlar" üçün əlçatmazdır. Türkiyəli yarımmüdafiəçiyə "Arsenal"ın da diqqət yetirdiyi bildirilir. Arda bir müddət öncə Londonda mənzil alıb və Britaniyada tez-tez olur. Ötən mövsüm 26 oyuna çıxan futbolçu 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR