Xəbərlər

Bir yaşlı körpəsini öldürən qadına 14 il həbs cəzası verilib

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 10 Jul 2023
  • 166599 baxış

Bakıda 1 yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Xaltv.com xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.

Prokuror Fuad Musayev təqsirləndirilən Nərgiz Bağıyevanın 16 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

Daha sonra Nərgiz Bağıyeva məhkəmədə son sözlə çıxış edib.

Məhkəmənin hökmü ilə Nərgiz Bağıyeva 14 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il sentyabrın 9-da Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Nərgiz Bağıyevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.


xalqtv.com


RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR