Xəbərlər
Azərbaycanın regionda sülh səyləri xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının göstəricisidi

Xalq Tv Vətənpərvər Verlişi
- 10 Jul 2023
- 1555604 baxış
Azərbaycanın postmünaqişə dövründə regionda sülh səyləri xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının göstəricisidir.
Xalqtv.com xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov iyulun 10-da ADA Universitetində keçirilən "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" adlı konfransda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarımız bu gün dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir. Üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur və bərpa edir.
RƏYLƏR