idman
Ronaldu yenə əfsanələrlə bir sırada
"Real Madrid" Çempionlar Liqasının tarixində ilk dəfə titulunu qoruyan komanda olub.
"Juventus"la final qarşılaşmasında Kriştianu Ronaldu rəqib qapısına 2 qol vurub.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz ÇL finallarında vurduğu qolların sayını 4-ə çatdırıb. Bununla da, Ronaldu Ferenz Puşkaş və Alfredo di Stefanoya çatıb. 1992-ci ildən etibarən Ronaldu analoji turnirdə bu nəticəyə imza atan ilk futbolçudur. O, karyerasında 4-cü dəfə Çempionlar Liqasının qalibi olmaqda isə Messiyə çatıb. Andres İniesta, Jerar Pike, Xavi və Klarens Zeedorf da 4 dəfə ÇL-nın qalibi olub.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR