idman

Qarabağın vətəndaş cəmiyyəti kimi qəbul edilməsi üçün orada yaşamış azərbaycanlıların öz doğma yurdl

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 02 Jun 2023
  • 99 baxış

Vətəndaş cəmiyyətinin xətti ilə iş görməkdən ötrü mütləq aydın konsepsiya olmalıdır. Qarabağ erməniləri ayrıca vətəndaş cəmiyyəti kimi qəbul edilə bilməz. Bu istiqamətdə görülən işlər əks-effektlidir və əvvəlkilərdən daha böyük müharibənin təməlini qoyur. SSRİ kimi nəhəng dövlət ermənilərin konfliktogenlik potensialının qabağını ala bilmədi.  

Qarabağda ilk növbədə orada arzu olunan, legitim modeli bərpa etmək lazımdır. Bunun üçün mütləq orada yaşamış azərbaycanlılar öz doğma yurdlarına qayıtmalıdırlar. Hazırda Qarabağ ermənilərinin Azərbaycan cəmiyyəti ilə əlaqəsi minimumdur. 2016-cı ildən sonra Qarabağ erməniləri ilə azərbaycanlıları arasında təmaslar artmışdı. Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinin digər təmsilçiləri ilə əlaqəsi yüksək idi. Bir müddət Qarabağda "nazir" işləmiş Masis Mailyan və Ayk Xanumyan Aİ layihələri ilə keçirilən tədbirlərdə Azərbaycanın təmsilçiləri ilə görüşüblər. Hraçya Arutyunyan hətta "Xankəndi/Stepanakert" terminindən istifadə edib. Aşot Sərkisyan belə tədbirlərdə iştirak edib. Qarabağ erməniləri ilə Azərbaycan arasında əlaqə heç zaman kəsilməyib. 1991-ci ilin M.Qorbaçovun QKÇP-si dövründən  Qarabağ ermənilərinin Azərbaycana münasibəti tam dəyişdi. Az keçmiş Qarabağda separatçılıq hərəkatının təməlində dayanan  dörd hadrutludan biri A.Mkrtçyan artıq parlamentin spikeri olarkən səhvini başa düşdü və Azərbaycana müraciət etdi. Öz xidməti maşınında R.Köçəryanla bilikdə gələrkən avtomatdan açılan atəşlə öldürüldü. R.Köçəryanın Qarabağda və Ermənistanda rəhbər vəzifədə olduğu dövrdə öldürülənlərin sayı- hesabı yoxdur. Bütün bunların yəqin ki, R.Köçəryanın iştirakı ilə baş verməsi təsadüfi deyil. Qarabağda "Helsinki-92" təşkilatının rəhbəri Karen Ohancanyanın Azərbaycan rəhbərliyinə müraciəti, Bakıya gəlişi, Azərbaycanın dövlət rəsmiləri ilə görüşü olduğu kimi yadımdadır. 44 günlük müharibədən iki il sonra i Qarabağ erməniləri Azərbaycandan uzaqlaşırlar. Qərb isə Qarabağa marağını artırır,  

Qarabağda Azərbaycanla əlaqələrin tərəfdarı olan ermənilər var. Onların sayı bəlkə də bir neçə min nəfərdir. Çox sadə misal bunu aydın göstərir; Həm Ruben Vardanyanın, həm də Samvel Babayanın təşkilatçılığı ilə Qarabağda iki mitinq keçirildi. R.Vardanyanın mitinqi gur idi. 20-25 min adamın iştirak etdiyini açıqladılar. Bu onların özlərinin rəqəmi idi. Reallıqda iştirakçıların sayı 10 min nəfər hüdudlarında idi. S.Babayanın mitinqində isə iştirakçıların sayı bir neçə yüz nəfərlə ölçülürdü. Petisiya imzalatdırmağa başladılar və sonradan petisiyanı imzalayanların sayını da açıqlaya bilmədilər. Qarabağ və Ermənistan separatçılarının rəhbərlərinin iddia etdiyinə görə Qarabağda güya 120 min əhali yaşayır. Tutalım, "120 min" əhalinin 20-25 mini Vardanyanın  mitinqində iştirak etdi. Ən azı, yaşlı əhalinin təxminən 40 faizi iştirak edib, bəs qalan 60 faiz haradadır?! Ehtimal ki, onların böyük bir qismi Azərbaycanın hərəkətini gözləyirlər. Azərbaycanın Qarabağ erməniləri əlaqə qurması üçün baryerləri aşmaq lazımdır. Bu istiqamətdə Azərbaycanda müəyyən təsəvvürlər var. Amma Qərbin və ya Qarabağda birgə yaşayışı arzulayan qüvvələrin köməyinə də ciddi ehtiyac var. Bu amil nəzərə alınmalıdır.

Kompleks tədbirlər işlənməli və təcili reallaşdırılmalıdır:

I.Aİ qurumlarının təşkilatçılığı ilə Qarabağın azərbaycanlı icması ilə erməni icmasının, onların ayrı-ayrı təbəqələrinin Gürcüstan ərazisində azərbaycanlılar və ermənilərin kompakt yaşadığı məskənlərdə təmaslarını təşkil edilə bilər. Bir neçə həftə birgə yaşayışlarını təşkil edə bilər, sonradan onları birgə Qarabağa qaytara bilərlər.

II. Qarabağın erməni ekspertləri ilə Azərbaycanın Qarabağ bölgəsindən olan  ekspertlərinin Avropada və Gürcüstanda görüşlərini, müzakirələrini təşkil etmək.

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

III. Üçüncü müharibə ideyası erməni ekspertlərinin beyinlərdən silinməlidir.

IV. Qarabağ ermənilərinin Azərbaycan qanunlarına tabe olduğu dövrdə Avropadan xoş münasibətlər görəcəyi fikirlər aşılanmalıdır.

V. RF belə  qarantiya verərsə, bu Azərbaycana çox baha başa gələ bilər. Rusiya Azərbaycana "ermənisiz Qarabağı"  vəd verə bilər. Azərbaycan üçün nə olacaq, bu barədə təsəvvürümüz var.

VI. Müzakirə mövzularından biri də Azərbaycanın polietnik, polikonfensional cəmiyyət olmasıdır. Azərbaycanda ruslar, ukraynalılar, yəhudilər yaşayır. Katoliklər, pravoslavlar yaşayır. Hamısı ilə ayrı-ayrılıqda görüşlər təşkil etməklə, onların münasibətini öyrənmək olar. Bəlkə də biz Azərbaycan cəmiyyətində nəyisə şişirdirik. Əgər katoliklər, pravoslavlar, yəhudilər neqativ münasibət görüblərsə, desinlər. Biz də çalışarıq ki, nöqsanları aradan qaldıraq.

VII. Ermənistan SSR ərazisindən deportasiya olunmuş azərbaycanlıların Ermənistan Respublikası ərazisinə qaytarılması ümumilikdə ermənilərlə azərbaycanlılar arasında münasibətləri normallaşdıran ən böyük drayverdir. Strateji sabitliyin ən böyük təminatçısıdır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR