idman

"Zidan ömrünün sonuna qədər klubda qala bilər"

  • 04 Jun 2017
  • 246 baxış

"Real Madrid" klubunun prezidenti Florentino Peres bildirib ki, komandanın baş məşqçisi Zineddin Zidan ömrünün sonuna qədər kluba rəhbərlik edə bilər.

XalqTV.com report.az-a istinadən bildirir ki, bu barədə o, "Cadena Ser" radiostansiyasının efirində deyib.
"Zidan bütün ömrü boyu "Real"da qala bilər. Klubun hər bir pərəstişkarı ona minnətdardır.
Zidan 2001-ci ildə "Real"a gələndə dünyanın ən yaxşı oyunçusu idi. İndi dünyanın ən yaxşı məşqçisidir. O, komandaya 17 aydır rəhbərlik edir. Amma çox şeylər əldə edib" - deyə Peres bildirib.
Öz növbəsində Zidan da final matçından sonra keçirdiyi mətbuat konfransında bildirib ki, qarşıdakı mövsümdə komandaya rəhbərlik edəcək.

Zidan "Real"a 2016-cı ilin yanvarından rəhbərlik edir. O, Çempionlar Liqasının tarixinə turnirdə kommandasını ardıcıl iki dəfə qalib etmiş məşqçi kimi düşüb.

Çempionlar Liqasının final matçında "Real Madrid" İtaliyanın "Yuventus" komandasına 4:1 hesabı ilə qalib gəlib.  

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR