SAĞLAMLIQ

Azərbaycanda karantin rejimi sərtləşdirilə bilər - İnfeksionist

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 29 Dec 2021
  • 325 baxış

Bunu XalqTv.com-a açıqlamasında İnfeksionist-hepatoloq Mərdan Əliyev deyib.Onun sözlərinə görə, hazırda dünyanı bürüyən "Omicron" ştammı qonşu ölkələrdə sürətlə yayılmaqdadır. Bu, ölkəmiz üçün riskin çox yaxın olduğunu bildirir. Lakin "Omicron" ştammın ölkəmizə gəlməməsi üçün lazımi tədbirlər görülməlidir.

"Vətəndaşlarımız virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolunun vaksinasiya olunduğunu unutmamalıdırlar.İkinci doza vaksinasiya olan kifayət qədər vətəndaşımız var. Buna baxmayaraq üçüncü dozanı vurdurmaq tövsiyyə olunur. Vaksinin üçüncü dozasını vurduranlar xəstəliyi bir neçə dəfə yüngül keçirirlər. Üçüncü doza vaksin olunmanı altı ayı gözləmədən vurdurmaq lazımdır. vaksinin üçüncü dozasını vurduranlar koronavirusa az yoluxur, yoluxarsa da xəstəliyi bir neçə dəfə yüngül keçirirlər. Azərbaycanda digər ölkələrdəki kimi sərt tədbirlər tətbiq olunmayıb. Lakin bayram günlərində insanlar daha çox qapalı məkanlarda vaxt keçirəcəklər. Buna görə də təhlükəsizlik tədbirləri unudulmamalı, karantin rejiminin tələbləri yerinə yetirilməlidir. Yoluxma dalğasının genişlənəcəyi və əhaliyə, ölkənin səhiyyə sisteminə təhlükə yaranacağı təqdirdə karantin rejiminin sərtləşdirilməsi mümkündür.", - deyə o bildirib.Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 615 312 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 596 545 nəfər müalicə olunaraq sağalıb, 8 324 nəfər vəfat edib, aktiv xəstə sayı 10 443 nəfərdir.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45755 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 627 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 628 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 600 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 701 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO