Hava

Sabah HAVA necə olacaq? - PROQNOZ

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 20 Dec 2021
  • 309 baxış

Dekabrın 21-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

XalqTv.com-un ETSN-ə istinadən verdiyi xəbərə görə, mülayim cənub-qərb küləyinin gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 752 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR