SAĞLAMLIQ

Azərbaycan bu təhlükədən necə qorunmalıdır? - Həkim

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 01 Dec 2021
  • 218 baxış

Bu günlərdə Afrikanın cənubunda COVID 19-un yeni növ ştammı aşkarlanıb. Yeni ştamma yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Omikron B.1.1.529 ştammını "narahatlıq doğuran variant" kimi dəyərləndirib. Virusun bu variantı hazırda da sürətlə yayılmaqda davam edir. Bəs Azərbaycan bu təhlükədən necə qorunmalıdır?

XalqTv.com xəbər verir ki, bu barədə Axar.az-a açıqlama verən həkim-infeksionist Nicat Əzimli bildirib ki, vaksinlərin koronavirusun "omikron" variantına da qarşı effektiv olduğu dəqiqdir.

"Vaksin istehsalı ilə məşğul olan böyük şirkətlər "omikron" ştammına uyğun təkmilləşdirmə işlərinə başladıqlarını bildiriblər. Hələ ki, koronavirusun "omikron" variantına Azərbaycanda rast gəlinməyib. "Omikron" ştammıyla bağlı ən effektiv önləyici tədbir vaksinasiyadır. Bu proses Azərbaycanda hazırda davam etdirilir. Sadəcə əhali peyvəndləmə prosesində daha aktiv iştirak etməli və müəyyən olunmuş qaydalara əməl etməlidir", - infeksionist qeyd edib.

Qeyd edək ki, "omikron" ştammına yoluxan insanlarda halsızlıq, nəbz artması və yüksək temperatur müşahidə olunur.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45755 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 627 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 628 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 600 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 703 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO