Hadisə
Bakı metrosunda cibgir peyda oldu: Qadınların telefonlarını oğurlayır

Xalq Tv Vətənpərvər Verlişi
- 20 Nov 2021
- 171 baxış
Bakı metrosunun "28 May" stansiyasında oğurluq hadisələri baş verib.
XalqTv.com Oxu.az-a istinadən bildirir ki, həmin stansiyada Balakən sakini C.Şərifovanın cibindən 430 manatlıq mobil telefon oğurlanıb. Hadisə noyabrın 18-də saat 15:00 radələrində baş verib.
Təxminən 3 saat sonra isə "28 May" stansiyasında Bakı şəhər sakini N.Əliyevanın cibindən telefon oğurlanıb.
Hər iki fakt üzrə araşdırma aparılır.
RƏYLƏR