Dünya

Əfqanıstanda 5 yaşınadək azı 1 milyon uşaq qidalanmadan ölə bilər

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 13 Nov 2021
  • 3231 baxış

"Əfqanıstanda 5 yaşınadək azı 1 milyon uşaq təcili müalicə olunmasa, qida çatışmazlığından ölə bilər".

XalqTv.com  APA-ya istinadən xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris deyərək, beynəlxalq ictimaiyyəti ölkəyə humanitar yardım göstərməyə çağırıb.

M.Harris Əfqanıstanda qidalanmanın getdikcə artan problem olaraq qaldığını bildirib: "Bu ilin sonuna kimi 3,2 milyon uşağın 5 yaşınadək ciddi qida çatışmazlığı ilə üzləşəcəyi gözlənilir. Bu uşaqların azı bir milyonu təcili müalicə olunmasa, ölmək riski altındadır".

ÜST nümayəndəsi, həmçinin, 2021-ci ildə Əfqanıstanda qızılca xəstəliyinin yüksək olmasına da diqqət çəkib: "Qida çatışmazlığından əziyyət çəkən uşaqlar üçün qızılca da problemə çevrilib. 2021-ci ilin yanvar ayından etibarən ölkədə qızılcaya yoluxma hallarının 24 mindən çox kliniki, 2397 laborator təsdiqi qeydə alınıb. Bu xəstəlikdən 87 ölüm hadisəsi baş verib".

Harris beynəlxalq ictimaiyyəti ehtiyacı olan əfqanlara kömək etməyə çağırıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR