Xalq tv Vətən Pərvər Verlişi

Zəfər Günümüz Mübarək!!!

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 08 Nov 2021
  • 3509 baxış

“Xalq tv” olaraq studiyamızda dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında və Azərbaycan Milli Ordusunun 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında, işğalda olan Vətən torpaqları – Qarabağımızın mənfur yağılardan azad olunması üçün başladılan 44 günlük müharibə - Vətən müharibəsində şanlı Ordumuzun apardığı uğurlu döyüş əməliyyatları, düşmənlər üzərində çaldığı qələbə, tarixin yaddaşına həkk olunmuş 8 noyabr “Zəfər bayramı”nın Azərbaycan xalqı tərəfindən qürurla, sevinclə qeyd olunması haqqında ehtiyatda olan general-mayor Altay Mehtiyevdən müsahibə almışdır. Müsahibənin mətnini dəyərli oxucularımıza təqdim edirik.




Bu gün bütün Azərbaycan xalqı, bütün Azərbaycansevərlər Qarabağ müharibəsində qazandığımız Qələbəmizin il dönümünü --Zəfər Gününü təntənəli şəkildə qeyd edirlər. Qarabağ müharibəsi miqyasına, dağıntılarına və insan tələfatına görə dövlətimizin tarixində ağır bir iz buraxsa da, İkinci Qarabağ müharibəsində -- 44 gün ərzində davam edən döyüşlərdə düşmən ordusunu darmadağın etməklə tarixdə qaldı. Bu qələbə  ölkəmizin yenilməz qüdrətə malik olduğunu və eyni zamanda bütün ölkələr tərəfindən haqq yolunda olmağımızu bir daha təsdiq etdi.

Hamımıza məlumdur ki, İkinci Qarabağ müharibəsi Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin nəzarəti və şəxsən rəhbərliyi altında planlaşdırılmış və müvəffəqiyyətlə həyata keçirilmişdir. Məhz bu səbəbdən də…

Bu gün bütün Azərbaycan xalqı, bütün Azərbaycansevərlər Qarabağ müharibəsində qazandığımız Qələbəmizin il dönümünü --Zəfər Gününü təntənəli şəkildə qeyd edirlər. Qarabağ müharibəsi miqyasına, dağıntılarına və insan tələfatına görə dövlətimizin tarixində ağır bir iz buraxsa da, İkinci Qarabağ müharibəsində -- 44 gün ərzində davam edən döyüşlərdə düşmən ordusunu darmadağın etməklə tarixdə qaldı. Bu qələbə  ölkəmizin yenilməz qüdrətə malik olduğunu və eyni zamanda bütün ölkələr tərəfindən haqq yolunda olmağımızu bir daha təsdiq etdi.

            Hamımıza məlumdur ki, İkinci Qarabağ müharibəsi Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin nəzarəti və şəxsən rəhbərliyi altında planlaşdırılmış və müvəffəqiyyətlə həyata keçirilmişdir. Məhz bu səbəbdən də əks hücum döyüşünə düzgün qərar qəbul  edilmiş, qəbul edilən qərara uyğun olaraq birlik və birləşmələr insan resursları və atəş vasitələri ilə tam şəkildə komplektləşdirilmiş, döyüşlərin müvəffəqiyyətlə həyata keçirilməsi üçün şərait yaradılmışdır. Qələbə qazanmağımız isə, ən yeni tipli silahlarla silahlanmış Silahlı qüvvələrimizin bütün güc strukturları arasında qarşılıqlı əlaqənin yaradılması, vətənpərvər zabitlərimiz rəhbərliyi, igid əsgərlərimizin qəhrəmanlığı, xalqımızın Ali Baş Komandana və ordumuza dəstəyi nəticəsində mümkün olmuşdur. Nəticədə düşmən ordusunda qorxu və vahimə hissi, ruh düşkünlüyü yaratmaqla onların demoralizə olunmasına və nəinki sonrakı hücumdan, hətta müdafiə olunmaqdan belə imtina etmələrinə nail olunmuşdur.

Müharibə---xalqına, ordusuna inanıb döyüşə başlamağa hazır olan Dövlət Liderləri arasında bir növ mübarizə formasıdır. Müharibədə qələbə Liderin müdrikliyindən çox asılıdır. Əsl Lider isə qələbəyə nail olmaq məqsədi ilə bütün tədbirləri qabaqcadan  görməli və həyata keçirilməlidir.

Məhz Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevi Ermənistanın Baş Nazirindən fərqləndirən əsas üstünlük, onun uzaqgörənliyi, müdrüklüyüdür.Bunun nəticəsində də düşmən ordusunu darmadağın etməklə dayandırılan ikinci Qarabağ müharibəsində bütün dünya İlham Əliyevı Qalıb Sərkərdə, Azərbaycan Ordusu güclü ordu, Xalqımızı isə böyük, məğrur, yenilməz bir xalq olduğunu təsdiqlədi.

Böyük səmimiyyətlə deyə bilərəm ki, İkinci Qarabağ  müharibəsində qələbə qazanmağımızın birinci və ən əsas səbəbi, düşmən rəhbərliyinin cənab İlham Əliyevin torpaqlarımızın azad edilməsi məqsədi prezidentliyinə ilk günlərindən həyata keçirdiyi bütün tədbirləri vaxtında görə və düzgün qiymətləndirə bilməmələri olmuşdur. Bu səbəbdən də düşmən rəhbərliyi Qarabağ probleminin heç bir itki vermədən, ancaq sülh yolu ilə həll edilməsi çağırışına məhəl qoymayaraq Respublikamızın mülkü əhalisi yaşayan ərazilərə bir neçə istiqamətdə hücuma keçdi. Ancaq Ermənistan  ordusunun darmadağın edilməsindən sonra, düşmən rəhbərliyi cənab İlham Əliyevin əsil sərkərdə kimi uzaqgörənliyini başa düşdü.

İkinci Qarabağ müharibəsində Qələbəmizin əsas səbəblərindən biri də, müharibənin başlaması ilə  xalqımızın Prezident-Xalq-Ordu birliyini nümayiş  etdirməsi oldu. Bu birliyin səbəbi isə Ali Baş Komandanın düşüncə və planlarının yenidən formalaşan ordumuzun döyüş hazırlığı, döyüşə hazırlıq bacarıqları və xalqımızın istək--arzuları ilə üst-üstə düşməsi olmuşdur. Bəli, qısa bir zamanda xalqımızın Prezident-- XaIq-- Ordu birliyi, həmin anda böyük problemlərlə üzləşən  düşmən rəhbərliyi üçün olduqca gözlənilməz oldu.

İkinci Qarabağ müharibəsi başlanana qədər Ali Baş Komandanın tələb etdiyi əsas tapşırıqlardan biri də məhz şəxsi heyyətin mənəvi psixoloji hazırlığının ancaq və ancaq ədalət, rəqabət, şərəf və şöhrət əsasında yüksəldilməsi olmuşdur. Buna isə, ilk növbədə vətənpərvər, hazırlıqlı zabitlərimizin əməyi nəticəsində nail olundu. Nəticədə Ordumuzda nizam--intizamın yüksəldilməsi nəticəsində əsgər və zabitləri nizamnamədən kənar, cinayət tərkibli hərəkət etməkdən, pis əməllərdən cəkindirmək mümkün olmuşdur.

Qələbəmizin əldə edilməsində cənab İlham Əliyevin şəxsən nəzarəti altında son illər ərzində alınmış ən yeni tipli silah və texnika, silahlanmada olan, modernləşdirilməsi nəticəsində döyüş xarakteristikasına görə düşmənin analoji silahlarından qat-qat üstün olan döyüş texnikası və silahlarla silahlanması, Qələbəmizin əldə edilməsində həlledici rol oynayan çoxlu sayda Pilotsiz Uçuş Aparatlarının döyüşlərə cəlb edilməsi olmuşdur.

Bununla yanaşı düşmən üçün gözlənilməz olan qeyri standart qərarlar qəbul etməklə düşmən ordusunu qısa müddət ərzində diz köməyə məcbur etməyimiz, nəinki ordumuzda, hətta bütün  dünyada hücum taktikasını dəyişdi.

İkinci Qarabağ müharibəsində əsgər və zabitlərimiz igidlik, əsil qəhrəmanlıq nümunəsi göstərdilər. Onlar təhkim olunduqları ən yeni tipli silah və texnika növlərindən döyüşlərin aparılma qaydalarını mükəmməl bildiklərini, düşməni bütün müddət ərzində, bütün istiqamətlərdə vahimə içərisində saxlamaqla məhv etmə ustalıqlarını bütün dünyaya nümayiş etdirməyi məharətlə bacardılar. Düşmənin hərbi obyektlərinə, döyüş texnikasına, birinci eşalon bölmələrinə, onun ehtiyat qüvvələrinə eyni zamanda zərbələr endirməklə darmadağın edilməsi, düşmən ordusunda qorxu  hissi, ruh düşgünlüyü yaratdı, onları demoralizə etdi. Bununla da Ordumuzun bütün döyüş müddəti ərzində düşməni vahimə içərisində saxlaya bilmə bacarıqları bütün dünyaya nümayiş etdirildi. Bununla da düşmən qüvvələrinin nəinki sonrakı hücumlardan, hətta müdafiə olunmaqdan imtina etmələrinə nail olundu.

Əlbəttə ki, bölmələrin texniki cəhətdən yüksək səviyyədə təmin olmasına baxmayaraq, qələbənin əldə edilməsi üçün ordunun döyüş qabiliyyətini müəyyən edən döyüş ruhunun, nizam--intizamın  yüksək səviyyədə olması da əhəmiyyətli rol oynayır..Məhz vətənpərvər komandirlərimizin rəhbərliyi sayəsində şəxsi heyətdə yüksək ruh, nizam-intizam, qələbəyə inam, hərbi ustalıq, kimi xarakterlər tərbiyələndirmək mümkün olmuşdur.

Biz hamımız İkinci Qarabağ müharibəsində  işğal olunmuş torpaqlarımızın azad olunması zamanı Xüsusi Təyinatlı Qoşunların  böyük qəhrəmanlıq nümayiş etdirərək düşmənin bir neçə müdafiə xəttinin yaranmasının, əsasən də Şuşanın azad edilməsinin canlı şahidi olduq. Məhz cənab Prezident İlham Əliyevin  XTQ -- zəifləndirilməsinə imkan verməməsi, əksinə olaraq bütün güc strukturlarında XTQ yaratması və eyni zamanda onların yeni tipli texnika və silahlarla təmin etməsi, döyüş qabiliyyətinin artırılmasını daima şəxsən nəzarəti altında saxlaması, Silahlı Qüvələrimizin əsas heyyəti ilə XTQ arasında qarşılıqlı əlaqənin təşkil ediməsində müstəsna rol oynamışdır.   

Bəli, Qarabağ müharibəsi xalqımıza saysız-hesabsız qəhrəmanlarını tanıtdı. Onların hər biri haqqında, qəhrəmanlıq nümunələri olaraq, əsərlər yazılacaq, şeirlər qoşulacaq, mahnılar oxunacaq. Tarixdə heçkim və heç nə  unudulmur !

Qələbəyə nail olmağımızın səbəblərindən biri də bütün döyüş zamanı məxfiçilik rejiminə tam şəkildə riayət etməklə, əks-hücum əməliyyatının niyyəti və komandanlığın plan və qərarlarının düşmən tərəfindən öyrənilməsinə imkan verilməməsidir. Əksinə olaraq yanlış məlumat yayaraq düşməni aldatmaqla yeni vasitələr və silahlı mübarizə üsulları tətbiq edilməsinə imkan yaradıldı.

Qələbənin əldə edilməsində yaradıcı hərbi planlaşdırma, döyüşün düzgün idarə olunması, plana uyğun olaraq atəş vasitələri, insan resursları, döyüşün keçirilməsinə şərait, xalqın dəstəyi və bəlkə də uğurun bəxt elementləri də mühüm rol oynadı.

Vətən müharibəsi bir daha sübut etdi ki, müharibədə qələbənin əldə edilməsində əsas aparıcı qüvvə və qələbənin əsas yaradıcısı xalqdır. Xalqın gücü  onların mənəvi birliyindən çox asılıdır. Buna isə ancaq və ancaq bütün vətənpərvər xalqın  birləşməsi nəticəsində nail olmaq mümkündür.

İkinci Qarabağ müharibəsində bu birləşmə nəinki mümkün oldu, hətta hərbi təhlükə ilə əzmlə və qətiyyətlə mübarizə aparmaqla praktiki olaraq həyata keçirildi. Nəticədə xalqımızın böyük mənəvi qəhrəmanlıqlarının, qırılmaz iradələrinin, şüurlu ümümxalq birliyinin, mübarizliyinin şahidi olduq.

Bütün xalqımız tutduqları vəzifələrindən, daşıdıqları rütbələrindən asılı olmayaraq Vətənə, Ali Baş Komandana və Ordumuza sədaqətlərini göstərərək torpaqlarımızın azad olunması yolunda sağlamlıqlarını və hətta həyatlarını belə qurban verməyə hazır olduqlarını şərəflə sübut etdilər. Bununla xalqımız öz milli xarakterini, ən yüksək insani xüsusiyyətlərini, qəhrəmanlıq şücaətlərini, əsl Vətənpərvərlik, Vətənə məhəbbətin tükənməzliyini təsdiq etdi.

Fədakar xalqımızın əsl fədakar əməyi ilə düşmən ordusunun darmadağın edilməsi nəticəsində əldə edilmiş bu qələbə gələcək nəsillərimiz üçün böyük bir tarixi faktdır. Qələbənin ən böyük əhəmiyyəti isə Qarabağ müharibəsinin ilk günlərində müxtəlif yollarla qazandıqları "müvəqqəti qələbə"ləri ilə fəxr edən Ermənistan ordusunun lovğalığına son qoyulması olmuşdur.    

Əsgər anaları... Onlar müharibənin ən çətin anında  belə Vətənimizin müdafiəsinə qalxmış qəhrəman əsgər və zabitlərimizi Vətənimizin müdafiəsinə şərəflə yola salmışlar. Onlar gecə-gündüz yatmayacaq böyük həyacan və ümidlə müharibədən Qələbə sevincini gözləyirdilər. Bəli, onlar buna nail oldular. Çox əfsuslar olsun ki, bir çox analar cəbhədən Qələbə sevinci ilə bərabər acı xəbərlər də eşitdilər...

Əlbəttə ki, müharibə şəhidsiz bitmir. Qarabağ  müharibəsində qəhrəman komandirlərimiz, igid əsgərlərimizlə bərabər mülkü şəxslərimiz, uşaqlarımız da qəhrəmancasına şəhid oldular. Lakin əks hücum döyüşləri aparmaqla torpaqlarımızı azad etməyimizə baxmayaraq, məhz qəhrəman komamdirlərimizin əsgərlərimizlə çiyin-çiyinə vuruşmaları, onları mərd komandir kimi döyüşə aparmaları hesabına şəhidlərimizin sayı müdafiə olunan düşmənin verdiyi şəhidlərdən dəfələrlə az oldu.

 Allah bütün şəhidlərimizi  rəhmət eləsin.

 Bütüm qazilərimizə Allahdan şəfa diləyirəm.     

 Azərbaycan xalqını, Azərbaycansevənləri Böyük Qələ Bayramı münasibəti ilə təbrik edirəm !

        Yaşasın Ali Baş Komandan !

        Yaşasın Azərbaycan Xalqı !

        Yaşasın Azərbaycan Silahlı Qüvvələri !         

        Qarabağ Azərbaycandır !

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
XalqTv.com
Zəfər Günümüz Mübarək!!!
  • 08 Nov 2021
  • 2959 baxış
XalqTv.com
Zəfər Günümüz Mübarək!!!
  • 08 Nov 2021
  • 3510 baxış
Xalq tv
Xalq tv
  • 24 Nov 2021
  • 23 baxış