Zəfər Günümüz Mübarək!!!

- 08 Nov 2021
- 3168 baxış
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında və Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində apardığı uğurlu döyüş əməliyyatları və mənfur düşmənimiz üzərində çaldığı qələbənin xalqımız tərəfindən 8 noyabr tarixində qələbə - “Zəfər bayramı” kimi qeyd olunması barədə “Xalq tv”nin aparıcı müxbiri Vəfa Ələkbərova, ehtiyatda olan polkovnik-leytenant, şair Hüseyn Faxralıdan (Hüseyn Aslan oğlu Hüseynov) müsahibə almış və bu mövzuda şairin qələmindən süzülən vətənpərvərlik, sevinc, hiss, həyəcan duyğulu şeirlərini dəyərli oxucularımıza təqdim edirik.
Zəfər Bayramı
Millətim
qalibdi, Ordum səfərbər,
Zabitim,
əsgərim igid, hünərvər,
Qarabağ
azaddı, Ordum müzəffər,
Bu “Zəfər
Bayramın” mübarək, Vətən !
Yağını məhv
edib, yadı qovubdu,
Yurduma,
yuvama Günəş doğubdu,
Mənfur
düşmənimiz məğlub olubdu,
Bu “Zəfər
Bayramın” mübarək, Vətən !
Günü –
gündən abadlaşır torpağın,
Nəfəs alır,
yaşıllaşır torpağın,
Dağın – daşın, dinclik tapır torpağın,
Bu “Zəfər Bayramın” mübarək, Vətən !
Bayrağın sancılıb şiş zirvələrə,
“Dəmir yumruğ”umuz endirib zərbə,
Canilər canına salıb vəlvələ,
Bu “Zəfər Bayramın” mübarək, Vətən !
Damarda qaynayıb, qan coşa – coşa,
Sən tülək Türkümlə addımla qoşa,
Sülh üçün savaşdın, əbədi yaşa,
Bu “Zəfər Bayramın” mübarək, Vətən !
Qanla suvarıldı dərələr, düzlər,
Yırtıldı maskalar, açıldı üzlər,
Tökülsün qoy sənə xor baxan gözlər,
Bu “Zəfər
Bayramın” mübarək, Vətən !
Azad
Azərbaycan, tam ərazilər,
Qana qan
aldılar, alqış, qazilər,
Ruhunuz şad
olsun, əziz Şəhidlər,
Bu “Zəfər
Bayramın” mübarək, Vətən !
Xarıbülbül
şahiddi, Xan Əminin bəstəsi,
Havalanır
Şuşadan, “Qarabağ Şikəstəsi”,
Cəh–cəh
vurur yenə də bülbüllərin dəstəsi,
Bu “Zəfər
Bayramın” mübarək, Vətən !
Hüseyn
ilhama gəldi, şəninə şeir qoşdu,
Bəstələdi
bəstəkar, şəninə nəğmə qoşdu,
Qələbənin
sorağı nə şirindi, nə xoşdu,
Bu “Zəfər
Bayramın” mübarək, Vətən !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
04.11.2021 12:12
ŞANLI ORDUM
Ad-sanın, sambalın, ləngər sənindi,
Sən qalib ordusan, zəfər sənindi,
Silahın, süngün var, səngər sənindi,
Bayramın mübarək, ey şanlı Ordum !
Qeyrət, hünər, mərdlik sənə
məxsusi,
Zabitin, əsgərin, heyətin
şəxsi,
Ordular içində çəkin xüsusi,
Bayramın mübarək, ey şanlı
Ordum !
Qurdağızlı, hünərvərdi
əsgərin,
"Cəngi" çalan
cəngavərdi əsgərin,
Yurd-yuvanla aydın olsun
gözlərin,
Bayramın mübarək, ey şanlı Ordum !
Düşməni siçantək deşiynə dürtdün,
Yağıya sərt yumruq, qapaz yedirtdin,
Qarabağa Azərbaycan dedirtdin,
Bayramın mübarək, ey şanlı Ordum !
Bu yaltaq yağıya yaxşı dərs
verdin,
Tək haya yox, havadara dərs
verdin,
Qələbənlə sən dünyaya dərs
verdin,
Bayramın mübarək, ey şanlı
Ordum !
Başımızı uca etdin, papağı,
Əsirlikdən xilas etdin
torpağı,
Yaxşı yağla, zağlı saxla
yarağı,
Bayramın mübarək, ey şanlı
Ordum !
Al Günəş, ay-ulduz halalın
olsun,
Üzünə doğan Gün, hilalın
olsun,
Vətən mülkü cahi-cəlalın
olsun,
Bayramın mübarək, ey şanlı
Ordum !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
25.06.2021 17:05
Qurban Türkün
bayrağına !
Baş əy dünya, təzim eylə,
Qalib sülhün bayrağına !
Ancaq qələbə əzmiylə,
Əldə Türkün bayrağına !
Nəsillərə nəsihət et,
Davam etsin bu estafet,
Diləy elə, dualar et,
Dildə Türkün bayrağına !
Ürəklərdə il – il gəzən,
Oba–oymağ, el–el gəzən,
Öpülərək, əl - əl gəzən,
Yerdə Türkün bayrağına !
Ay – ulduzla naxışlanan,
Əl çalınıb, alqışlanan,
Zirvələrdə dalğalanan,
Göydə Türkün bayrağına !
Qarşısında gəl vəcdə də,
Salam da ver, qıl səcdə də,
İstiqlala, hürriyyətə,
Ərşdə Türkün bayrağına !
Dövlət rəmzi, nişanıdı,
Rəngi aldı, öz qanıdı,
Hüseyn onun qurbanıdı,
Qurban Türkün bayrağına !
~~~~~~~~~~~~~~~~~~~~~
06.11.2021 11:35
Biri Ərdoğandı, biri İlhamdı !
Siyasətdə
sözün kəskin, sərt deyən,
Bir Ərdoğan,
birisi də İlhamdı !
Dediyini
məğrur deyən, mərd deyən,
Biri
Ərdoğandı, biri İlhamdı !
Siyasətin
silahına sarılmış,
Millətin
yolunda məşəl tək yanmış,
Türkçülüyün
keşiyində dayanmış,
Biri
Ərdoğandı, biri İlhamdı !
Siyasətdə
söz sahibi liderlər,
Milli
mənfəəti birgə güdənlər,
Atatürkün
arxasınca gedənlər,
Biri
Ərdoğandı, biri İlhamdı !
Zərbə vuran
"İtiqovan", "Bayraktar",
Düşmənin
başına bu dünyanı dar
Eyləyən
sərkərdə, komandan, sərdar,
Biri
Ərdoğandı, biri İlhamdı !
"Biz
bir millət, iki dövlət" deyənlər,
Yumruğunu
bir nöqtəyə döyənlər,
Yağı günün
göy əksiyə düyənlər,
Biri
Ərdoğandı, biri İlhamdı !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
25.10.2020 10:26
Ər oğlu
Ərdoğan
Ərdoğan Şuşaya gəldi, baş çəkdi,
O, yaltaq yağıya gözdağı çəkdi !
Sənin davamçındı, ay Atatürküm,
Ər oğlu Ərdoğan dünyada təkdi !
Siyasət dəllalı, supergüclərə,
Gədə - güdə, gicbəsərə, giclərə,
Yerini göstərir tülkü, biclərə,
Ər oğlu Ərdoğan dünyada təkdi !
Arxadı, dayaqdı Azərbaycana,
Başçılıq eyləyir, cümlə Turana,
Nümunə göstərir Türkü İrana,
Ər oğlu Ərdoğan dünyada təkdi !
Sonsuz da deyildir, sözün arşını,
Çəkdilər yağının murdar farşını,
İlhamla çaldılar, zəfər marşını,
Ər oğlu Ərdoğan dünyada təkdi !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
16.06.2021 06:25
Can Vətən !
Bayram günü dodaq gülür, göz gülür,
Bu növrağın mübarəkdi, can Vətən !
Şirin dillər təbrik deyir, söz gülür,
Sevincindən göz yaşarır, üz gülür,
Sənə şöhrət, şan yaraşır, can Vətən !
Yaşamağa Yaradan imkan verir,
Meydanda savaşa yol - ərkan
verir,
Şəhidlərin, qazilərin qan
verir,
Qələbəyə öz canından can
verir,
Sənə şöhrət, şan yaraşır, can
Vətən !
Axşamüstü duman qalxır
Şuşadan,
Səman açıq, göylər mavi
şüşədən,
Bülbül səsi qoy gəlməsin
qəfəsdən,
Şəstlə oxu indi “Şur”,
“Şikəstə”dən,
Sənə şöhrət, şan yaraşır, can
Vətən !
Sülh uğrunda millətimiz
səfərbər,
Yağılarla səngərlərdə bu
səfər,
Ordumuz da qalib gəldi,
müzəffər,
Tarixlərə həkk olundu, bu
zəfər,
Sənə şöhrət, şan yaraşır, can
Vətən !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
07.11.2021 15:17