idman
Erməni boksçu dünya çempionatından kənarlaşdırılıb

Xalq Tv Vətənpərvər Verlişi
- 31 Oct 2021
- 197 baxış
Rusiyanı təmsil edən erməni boksçu Edmond Xudoyan Serbiyanın paytaxtı Belqradda davam edən dünya çempionatından kənarlaşdırılıb.
XalqTv.com "Report"a istinadən xəbər verir ki, buna 48 kq-da mübarizə aparan idmançının yaponiyalı Kazumo Aratakeyə qarşı 1/8 final görüşündə qaydaları pozması səbəb olub.
Bir neçə dəfə hakimdən xəbərdarlıq alan Xudoyan nəticədə diskvalifikasiya edilib və texniki məğlubiyyət alıb.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan boksçuları da qüvvəsini sınayır.
RƏYLƏR