Dünya

Daha bir ölkə turistlərə məcburi karantini ləğv edir

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 30 Oct 2021
  • 227 baxış

Vyetnam hökuməti noyabr ayında xarici turistlərin məcburi karantin olmadan ölkəyə gələ biləcəyi pilot proqrama başlamaq qərarına gəlib.

Beləliklə, ölkənin bəzi bölgələrinə - Quanqnin, Quanqnam, Kxanxoa əyalətləri, Dananq şəhəri, habelə Fukuok adasına gələnlər özünütəcriddən azad ediləcək.

XalqTv.com oxu.az-a istinadən xəbər verir ki, səyahətdən əvvəl turistlər aviabileti, otelləri əvvəlcədən bron etməli, koronavirus üçün PCR testindən keçməli və ətraflı səyahət planı təqdim etməlidirlər. Bundan əlavə, gəldikdən sonra daha iki dəfə - gəlişdən dərhal sonra və Vyetnamda olduqları yeddinci gün test verilməlidir.

PCR testinin mənfi nəticələri olsa belə, istirahət edənlər ölkə daxilində sərbəst hərəkət edə bilməyəcəklər. Attraksionları ziyarət etmək yalnız turist qrupunun bir hissəsi kimi mümkündür, marşrutdan istənilən ayrılma qeydə alınmalıdır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR