Xəbərlər

Kəlbəcərdə fəhlə faciəvi şəkildə öldü

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 19 Oct 2021
  • 1441 baxış

Kəlbəcər ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru ölüb.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən XalqTv.com-a bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı "North West Construction" şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Hazırda faktla bağlı araşdırma aparılır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR