Şou Bİznes

ŞOU-BİZNES "Dedim, namusunla uşaqlara bax, o isə azad olmaq istədi" - Mətanətdən gəlininə

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 15 Oct 2021
  • 1902 baxış


"Allah onu yoldan çıxarların... Hələ də hamımız şokdayıq: atam, anam, oğlum, qohumlar, ailəmiz... Şokdayıq ki, bu qıza nə oldu? Biz o qədər mehriban olmuşuq ki... Ondan o qədər razı idim ki... deyirdim səni balalarımdan ayırmıram. Gecə yatırdı, gedib üstünü örtürdüm. Kim olsaydı onu çox istəyəcəkdim. Mənə Tuncayı, Ruhlanı, Mətanəti bəxş edib, evimin çırağını yandırıb. Balamın sevdiyidir. Onu balamdan ayrı etmişəmsə, Allah mənə qənim olsun".

XalqTv.com axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Günün sədası" proqramında deyib. Müğənni ilk dəfə gəlini Canananın onunla bağlı açıqlamalarından danışıb:

"Sənət dostlarım zəng edir ki, bəlkə sizi barışdıraq? Moskvada olanda da danışdım, dedi istəmirəm ayrılıram. Kərim, mən yalvardım. Dedim, evi də verirəm sizə, kirayədə qalaram. Mənlə qalmaq istəmirsənsə, gəl qal, kirayəyə köçəcəm. Oğluma öz villamı verdim, yeni aldığım evə köçdüm. Plana düşdü, onların evini sökdülər. Ona qədər kirayədə qaldılar. Şirkət ödəyirdi pulu. Heç bir çətinliyimiz yoxdur, Kərim dedi sənlə qalaq. Gəlinə dedim istəmirsənsə, tək qalın. Dedi, sizlə daha yaxşıdır, darıxmırıq. Ər-arvad aralarında dava düşdü, mənə zəng gəldi getdim. Gəlinlə ayrı qalmışam hər zaman. Köməkçi də var idi. Deyirdim ki, əziyyət çəkmişəm, balalarımın üzünü doyunca görməmişəm. Ona köməkçi tutdum ki, uşaqlar qışqıra-qışqıra işlə məşğul olma, uşağına özün bax. Ana qədər uşaqlara baxan olmaz. Dedim, köməkçi iş etsin, uşaqları özün böyüt. Bu elə oğlumu da, uşaqları da atdı köməkçinin üstünə. Kərim Allahın siqaretini çəkmir, saf uşaqdır: döyməyi, söyməyi yoxdur. Uşağa hərdən nəşə edib, kim uşağını vurmur? Yalandan yanında vurub. Kim uşağını vurmayıb? Kərim uşaqları döyüb, öldürürdüsə, niyə uşaqlar ondan əl çəkmir? Uşaqlar getmir anasının yanına. Özüm deyirəm, istəyitsizsə gedin uşağın yanına. Mən belə qəddaram ki ananı baladan ayırım? İndi balaları üçün ağlayır, balası üçün belə edər? Moskvadan gələndən uşaq qalır bizlə. Uşaqları biz olmayanda ev dustağı edib. Özün balalrını atıb getmisən. Atıb qulluqçunun yanına, səhər çıxır gecə yarı gəlir. Uşaq deyir ki, ana gələndə də ancaq telefon, sevgisiz qalıb. Qulluqçu uşağa necə baxsın? Bizdə isə atam, Kərim baxır. Onlara dayə, müəllimlər tutmuşam. Balalarımı atmaram. İndi niyə ağlıyırsan? Özün balalarını atıb getdin".

M.İsgəndərli gəlini ilə oğlunun ayrılma səbəbini açıqlayıb. Mətanət "İndi barışarsınız" sualına belə cavab verib:

"Oğlum özü bilər. Dava edəndə elə et ki, barışmağa yer qoyasan. Bu qız barışmağa yer qoymadı. Onu kim yoldan çıxardısa, Allah onun evini yıxsın. Oğlumdan 5 yaş böyükdür, 42 yaşı var, 15-20 yaşı yoxdur ki, qabağıma qoyum danışım. 23 ildir mənim evimdə yaşayır. 10 il nişanlı qalıb, valideynləri Rusiyada qalırdı, onu 10 il evimdə saxladım. Sonra toyları oldu, 23 ildir evimdə yaşayıb, həmin adamlarıq, indi pis olduq? Kərimi özü istəyib. Kərimin ilk sevgisi olub. Mənim oğlum ondan başqa qadın görməyib. Kərim elə uşaqdır ki, ona başqasın almaq istəsəm, edərdi. Etmədim... Onun işləməyini istəmirdik, deyirdim, sənun nəyin çatmır? Yoldaşın işləyir, altında maşın, köməkçisi, salon açdım. Lazer aparatı almaq istədi, qızıllarını satdı, gəldi üstünü düzəltdim, aldı. Boynunu bükürdü, deyirdim get et. Mən sənə nə pislik etdim? İndi son sözü o oldu ki, mən azad olmaq, özüm üçün yaşamaq istəyirəm. 42 yaşın var, üç uşaq dünyaya gətirmisən. Nə azad? Kərimə uşaq ana deyir, ürəyimin başı ağrıyır. Türmədə idin? Altında maşın, bütün günü gəzirdin, cibinə pul qoyurdum. Deyirdim, uşaqları apar parka, qayıdırdı ki, ürəyim sıxılır. Deyirəm, ağlayırsan, gəl uşaqlarını götür. Ona dedim ki, ailəni dağıtma, ev, maşın verirəm. Hər şeyini verirəm. Otur evdə namusunla, uşaqlara bax, istəmədi. İndi niyə ağlayırsan? Onu hər yay Türkiyəyə bahalı otellərə istirahətə göndərirdim, ordan gəlirdi Nabrana gedirdiNəyi əskik idi?".

Qeyd edək ki, Canana və Kərimin 3 övladı var. Canana həyat yoldaşı və qayınanasını onun ailəsini dağıtmaqda ittiham edirdi.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR