Xəbərlər

Enerji içkiləri içənlərin nəzərinə - Bu məhsullar saxtadır - VİDEO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 15 Oct 2021
  • 1486 baxış

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlər keçirilib. Analiz götürülən 30 məhsuldan 25-nin enerji içkisi olmadığı aşkarlanıb.

XalqTv.com realtv-yə istinadən xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli rəhbərlik etdiyi qurumun ilin 9 ayındakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, 30 nümunə üzərində aparılmış müayinələr nəticəsində cəmi 5 nümunənin enerji içkisi olduğu təsbit edilib. Bunlardan yalnız 1-nin etiketlənməsinin qaydalara uyğun olduğu müəyyən edilib.

Qosqar Təhməzli bioloji fəallığa malik qida əlavələri ilə bağlı aparılan monitorinqlərin nəticələrini də açıqlayıb. O bildirib ki, qida əlavələri hər hansı bir xəstəliyin müalicəsində istifadə edilməməlidir. Bu barədə çaşdırıcı məlumatlar məhsulun üzərində qətiyyən yer almamalıdır.

Qoşqar Təhməzli işğaldan azad olunmuş ərazilərdə görüləcək işlərdən də danışıb. O bildirib ki, Qarabağda heyvan xəstəliklərindən azad zona yaradılacaq.

AQTA sədri onu da əlavə edib ki, bu ilin 9 ayı ərzində "1003 Çağrı Mərkəzi"nə 301 qida zəhərlənməsi ilə bağlı müraciət daxil olub. Onlardan 106-da qida zəhərlənməsi kliniki təsdiqini tapıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR