Dünya

Əfqanıstanda məscid partladılıb - Azı 25 ölü var - VİDEO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 15 Oct 2021
  • 1307 baxış

Əfqanıstanın Qəndəhar şəhərində məsciddə partlayış törədilib.

XalqTv.com Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 25 nəfər həlak olub. 20-dən çox şəxsin yaralandığı deyilir.

Partlayışın məsciddə cümə namazı zamanı törədildiyi bildirilib. Ölən sayının artacağı istisna olunmur.

Xatırladaq ki, ötən həftə Kunduz şəhərində məsciddə baş vermiş partlayış nəticəsində 50-dən çox şəxs həlak olmuşdu.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR