İqtisadiyyat
Türkiyə Azərbaycandan əlavə 11 milyard kubmetr qaz alacaq - Nazir

Xalq Tv Vətənpərvər Verlişi
- 15 Oct 2021
- 1532 baxış
Türkiyə 2024-cü ilin sonunadək Azərbaycandan əlavə təbii qaz həcmləri alacaq.
XalqTv.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.
O bildirib ki, Türkiyə dünyada enerjiyə tələbatın artması fonunda bu müddətin öhdəsindən rahatlıqla gələcəyini bildirib:
"Azərbaycanla 2024-cü ilin sonuna qədər qüvvədə olan saziş imzalanıb. Saziş əsasən, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə 11 milyard kubmetr əlavə təbii qaz əldə olunacaq".
Türkiyəli nazir, həmçinin TPAO və BOTAŞ şirkətlərinin özəlləşdirilməsi məsələsinə də toxunaraq bu məsələnin gündəmdə olmadığını bildirib.
RƏYLƏR