Siyasət

Beyrut qan gölünə dönür - VİDEO - FOTO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 14 Oct 2021
  • 1702 baxış

Livanın paytaxtı Beyrutun mərkəzi küçələrində atışmalar davam edir. Olay Tayuni məhəlləsində, bu gün səhər başlanıb. 2020-ci ilin avqustun Beyrut limanındakı məşum partlayışla bağlı məhkəmə prosesinin baş hakimi Tariq Bitarın kənarlaşdırılmasını tələb edənlərin Ədliyyə Sarayının qarşısındakı mitinqinə atəş açılmışdı.

XalqTv.com Al Arabiya-ya istinadən bildiririr ki, baş hakim Tariq Bitar sabiq nəqliyyat və ictimai işlər naziri Yusif Fenianosun, sabiq DİN başçısı Nuhad Maşnukun, sabiq maliyyə nazimri Əli Həsən Xəlilin və bir neçə deputatın həbsinə order imzalayıb.

Mitinq iştirakçılarının çoxu "Hizbullah" tərəfdarları idi.

Dinc insanlara snayperlərin atəş açdığı deyilir.

Livanın baş naziri Nəcib Mikatinin dediyinə görə, atışmalarda artıq 6 nəfər həlak olub, 60 nəfər yaralanıb.

Küçələrə Livan ordusunun zirehli texnikaları yeridilib. Hərbçilər bildiriblər ki, küçələrdə silahlı kimi görsələr, dərhal atəş açacaqlar.

Livanın müftisi Cəfərinin dediyinə görə, baş verənlərin səbəbkarları ABŞ səfirliyi və T.Bitardır.

Livandakı "Hizbullah" və ƏMƏL hərəkatlarının liderləri hakim T.Bitarı prosesi siyasiləşdirməkdə suçlayıblar.

İlkin məlumatlara görə, atışmalarda iştirak edənlər arasında ƏMƏL və "Hizbullah" tərəfdarları az deyil. Onların hədəfləri müxalifətdəki "Livan qüvvələri" Partiyasının mənsublarıdır.

Livan parlamentinin deputatları isə məhkəmə toxunulmazlığına malikdirlər. Onlar bəyan ediblər ki, baş hakim Tariq Bitar vəzifə səlahiyyətlərindən sui-istifadə edir.

Xatırladaq ki, 2020-ci ilin avqustun 4-də Beyrutun dəniz limanında 1500 kq trotil ekvivalenti gücündə partlayış baş verib. Partlayış nəticəsində 219 nəfər həlak olmuş, 6520 nəfər yaralanmış, 300 mindən çox beyrutlu evsiz-eşiksiz qalmışdılar.

Livan DİN-nin yaydığı açıqlamaya görə, partlayışa səbəb 2700 ton ammonium-nitratın saxlandığı anbarda qaynaq işlərinin aparılması olub.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR