Xəbərlər
Korona 3 il davam edəcək - Dəhşət dolu proqnoz

Xalq Tv Vətənpərvər Verlişi
- 13 Oct 2021
- 1420 baxış
COVİD-19-un yoluxma dinamikasını əsas götürsək, bu virusu keçən əsrin əvvəllərində 3 il mövcud olmuş ispan qripi ilə müqayisə etmək olar.
XalqTv.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı virusoloq, professor Aleksey Yakovlev deyib.
"Təbiət ispan qripini yumşaltdı. Xəstəlik 3 il davam etdi. Bu zaman ərzində virusun təbii mutasiyası, insanlar arasında immunitetin formalşaması prosesi baş verdi. Təbiət hələ ki, başqa bir şey tapmadı", - deyə virusoloq bildirib.
Onun sözlərinə görə, COVİD-19 da ispan qripi kimi ağır davam edir və "sitokin fırtınasına" yol açır:
"COVİD-19 müəyyən zamanla mövsümi xarakter daşıyacaq və buna qarşı hər il peyvənd olunmaq lazım gələcək".
RƏYLƏR