Siyasət

Bakı ilə İrəvan arasında sülh müqaviləsi İMZALANACAQ?

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 13 Oct 2021
  • 1317 baxış

XalqTv.com xəbər verirki,"Hazırda Fransa Rusiya və ABŞ ilə birlikdə Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin hazırlanması üzərində çalışır".

Bunu Fransanın Ermənistandakı səfiri Ann Luyo deyib.

"Mən burada, Ermənistandayam və ATƏT-in Minsk Qrupunun fəaliyyətində iştirak etmirəm. Həmkarım Stefan Viskonti Minsk Qrupunda Fransanın təmsilçisidir. Lakin buna rəğmən, artıq deyə bilərəm ki, Nyu-Yorkda irəliləyiş qeydə alınıb. ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü böyük məmnuniyyətlə təşkil etdik. Bu, kiçik addım təsiri bağışlasa da, nəhəng addımdır. Ümid edirəm ki, bəhs etdiyim məcrada başqa addımlar da olacaq. Sizi əmin edə bilərəm ki, rusiyalı və amerikalı tərəfdaşlarımızla birlikdə Qarabağda daha uzunmüddətli anlaşmanın əldə edilməsinə yönəlmiş proseslə bağlı çalışırıq", - Ann Luyo deyib.

"Radio Liberty"nin erməni redaksiyasının Minsk Qrupunun fəallaşması ehtimalı ilə bağlı sualına Ann Layon deyib: "Minsk Qrupu artıq fəallaşıb. Biz tək deyilik. Düşünürəm ki, Azərbaycan və Ermənistan da hərəkət etməlidirlər".

Xatırladaq ki, Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması məqsədilə vasitəçi institut qismində yaradılmış ATƏT-in Minsk Qrupu 44 günlük Vətən Müharibəsindən sonra faktiki olaraq fəaliyyət göstərmir. Yalnız ötən ay Minsk Qrupunun həmsədrləri Nyu-Yorkda Azərbaycan və Ermənistanın XİN başçılarını görüşünü təşkil edə biliblər.

Bundan başqa, həmsədrlər Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrı-ayrılıqda görüşərək müzakirələr də aparıblar.

Görüşlərdən sonra Minsk Qrupu həmsədrlərinin yaydıqlarını bəyanatda deyilirdi: "Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan və həmin münaqişəsinin nəticəsi sayılan bütün məsələlərin həlli üçün tərəflərlə mandatlarına müvafiq olaraq işlərini davam etdirəcəklər".

Ötən həftənin sonlarında Minsk Qrupunun həmsədrləri Cenevrədə BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarı, Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədr müavini ilə görüşüblər.

Həmsədrlər yenə də bəyanatlarında "Dağlıq Qarabağ münaqişəsi" ifadəsini işlədiblər.

Halbuki rəsmi Bakı dəfələrlə bəyan edib ki, nə inzibati-ərazi vahidi kimi Dağlıq Qarabağ var, nə də belə bir münaqişə.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR