Xəbərlər

3-cü mikrorayon dairəsində hərəkət üçgünlük məhdudlaşdırılır

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 13 Oct 2021
  • 1523 baxış

13-16 oktyabr tarixlərində Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsindən Xutor dairəsinədək olan istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq yan yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət AgentliyindənXalqTv.com-a verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur:

"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik"

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR