Xəbərlər

Nəqliyyatda kart sistemində problem yaşanır - Sumqayıtda

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 06 Oct 2021
  • 62 baxış

Sumqayıtda nəqliyyatda kart sistemində problem yaşanır. Vətəndaşlar balans artıra bilmirlər. Ödəniş aparatlarının işləməməsi narahatlıq doğurur.

XalqTv.com Xəzər TV-yə istinadən bildirir ki, kartlarda balans olduğu halda boş göstərilir. Bəzi hallarda isə aparatlarda kartların işləmədiyi yazılır. 

Sumqayıt şəhərində fəaliyyət göstərən avtobuslar bir müddət öncə yeni kart sisteminə keçib. Ancaq sistem düzgün işləmədiyi üçün sərnişinlər əziyyət çəkirlər.

Sərnişinlər deyirlər ki, problem avtobusların kart sisteminə keçdiyi gündən yaşanır.

Balans artırmada da ciddi problemlər yaşanır. Karta yüklənmə edilsə də, məbləğ balansda görünmür.

Mövzuya münasibət bildirən Sumqayıt Şəhər Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov söz verib ki, problem qısa vaxt ərzində həll olunacaq.

Qeyd edək ki, mövcud kartlar yaxşı işləmədiyindən yaxın günl

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR