SAĞLAMLIQ

Fitnesin xeyri haqda 9 fakt...

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 04 Oct 2021
  • 1803 baxış

XalqTv.com xəbər verir ki, çoxları fitnesin yalnız artıq çəki yığmamaq üçün lazım olduğunu düşünürlər.

Bu təbii ki belədir, lakin bundan əlavə fitneslə məşğul olan insanlar özlərini daha yaxşı hiss edir, çox yaşayır və daha effektiv işləmək gücü əldə edirlər.Sizə  fitnesin xeyri haqda 9  faktı çatdırırıq:

1. Oturaq həyat tərzi sürən və az hərəkətdə olan insanlar daim yuxu problemləri ilə üzləşirlər.Yuxusuzluqdan əziyyət çəkirlər, bunun isə sağlamlığa nə qədər ziyan olduğunu bilirik.

2. Gündəlik fiziki yükün yoxluğu (hipodinamiya), ürək -damar siteminin xəstəlikləri təhlükəsinin əsas faktorlarından sayılır.

3. İllərlə piy və əzələ kütləsi arasında nisbət dəyişir. Piy kütləsi  aktiv əzələ kütləsini geridə qoyur. Orta fiziki yüksüz, 60 yaşa çatdıqda 30% əzələ gücünü itirmək mümkündür.

4.Orqanizm üçün çox vacib sayılan maddələr mübadiləsi idmanla məşğul olduqda yaxşılaşaraq, immun sistemi gücləndirir, bu isə qrip və soyuqdəymə ilə mübarizədə kömək edir.

5. Gündəlik fiziki məşğələr ürək əzləsini möhkəmləndirir.

6. Fiziki məşğələlər həmçinin beynin aktivliyini artırır və sevinc hormonu olan" serotoninin" istehsalını artırır, bu isə yaxşı əhval və beyin aydınlığına səbəbdir.

7. Gündəlik idmanla məşğul olan insanlar arasında keçirirlən sorğuya əsasən məlum olmuşdur ki, onlar, özləri və güclərinə daha çox əmin olduğundan, stress və depressiya halları ilə daha az rastlaşırlar.

8. Hər səhər 30 dəqiqə ərzində müəyyən idman hərəkətləri etməklə, bu məşq zamanı çıxarılan endorfin, qanda dövr edərək insanın enerjili və bütün günü tonusda qalmasını təmin edir.

9. Gündəlik fitneslə məşğul olan insanlar, divanda vaxt keçirməklə oturan insanlardan 32% daha az dayaq vəzifəsinin xroniki xəstəliklərinə tutma təhlükəsindən  əziyyət çəkirlər.

Beləliklə orqanizminizi fiziki yüksüz qoyduqda, bu bədənin passiv olması və bundan əlavə müxtəlif xəstəlilərin yaranmasını təmin edir. Yalnız unutmayın müəyyən xəstəliklər zamanı fitness əks göstərişli sayıla bilər.

Bunlardan: xroniki böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, xoşxassəli hiperbillirubinemiya, qaraciyər serrozu, qida borusu xəstəlikləri, sidik sitemi xəstəlikləri, endokrin sistemi xəstəlikləri (şəkər, qalxanvari vəz), tənəffüs sitemin xəstəlikləri, bronxial asma və bir çox digər xəstəliləri misal gətirmək olar. Məhz buna görə hər bir insan öz xəstəliyini   bildikdə, hansı fiziki yükün icazəli olduğunu daha yaxşı xəbərdardır. Müəyyən xəstəliklər zamanı isə həkiminiz tərəfində müəyyən individual fiziki yük norması da təyin edilə bilər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45755 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 627 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 628 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 600 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 703 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO