İqtisadiyyat

Dünya Bankı pandemiyaya qarşı tarixinin ən böyük böhran əleyhinə vəsaitini ayırıb

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 02 Oct 2021
  • 1336 baxış

Dünya Bankı Qrupu (WB) 2020-ci ilin aprelindən bu ilin sonuna qədər pandemiyanın iqtisadi və sosial təsirləri ilə mübarizə aparan ölkələrə kömək etmək üçün 157 milyard ABŞ dollarlıq tarixinin ən böyük böhran əleyhinə vəsaitini ayırıb.

XalqTv.com report-a istinadən bildirir ki, bu barədə Dünya Bankının "Annual Report 2021" hesabatında bildirilib.

Sənədə əsasən, WB ölkələrə səhiyyə ilə bağlı fövqəladə vəziyyəti həll etməyə, milyardlarla dollar dəyərində tibbi ləvazimatlar almağa, COVID-19 peyvəndlərin yerləşdirilməsinə, səhiyyə sistemini və pandemiyaya hazırlığı gücləndirməyə, yoxsulları və həssas təbəqəni qorumağa, iş adamlarını dəstəkləməyə, iş yerləri açmağa, böyüməni təşviq etməyə və sosial müdafiəni genişləndirməyə kömək edib

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR