Xəbərlər

Bakıda film kimi olay: Ər-arvadı belə soydular - VİDEO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 02 Oct 2021
  • 1705 baxış

Bakıda üç yeniyetmə insanlığa yaraşmayan hərəkət ediblər. Onlar estakadada oturub istirahət edən ərlə arvadı dənizə atıb, çanta və telefonlarını soyğunçuluqla ələ keçiriblər. Həmin anlar ətrafda olan müşahidə kameralarına da düşüb. İndi həmin görüntüləri təqdim edirik. 

XalqTv.com Xəzər TV-yə istinadən bildirir ki, ər və arvad estakadada oturub dənizi seyr edirlər. Bu vaxt onlara 3 nəfər yaxınlaşır və qəfil ər-arvadı dənizə itələyir.

Hadisə paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində Xəzər dənizinin sahilində baş verib. Onların soyğunçuluq məqsədilə bu addımı atdıqları məlum olub... Həmin anlar ərazidəki müşahidə kameralarına da düşüb.

Dəniz kənarında istirahət edən ər və arvada yaxınlaşan 3 nəfər qadının çantasını ələ keçirmək üçün qəfil qərar veriblər ki, həmin şəxsləri dənizə atıb soyğunçuluq niyyətlərini həyata keçirsinlər. Elə bu məqsədlə də 35 yaşlı Nibə Əkbərovanı suya atıb çantasını və mobil telefonunu götürüblər. Amma onun ərini suya ata bilməyiblər. Zərərçəkmiş kişi yeniyetmələrin arxasınca qaçsa da, onları tuta bilməyib.

Zərərçəkmiş Nibə Əkbərova sudan çıxan kimi 30-cu polis şöbəsinə şikayət edib. Əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən 3 yeniyetmə saxlanıb. Onlar törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı 30-cu polis şöbəsində toplanan materiala baxılması üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR