Xəbərlər

Yağışın yaratdığı problemlər - VİDEO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 01 Oct 2021
  • 1647 baxış

Yağış suları paytaxt Bakıda bir sıra çətinliklərə səbəb olub

Azərbaycana payız sentyabrın 22-si qədəm qoysa da fəsil özünü 28-dən etibarən yağan leysan xarakterli yağışla göstərməyə başladı.

Səhər saatlarından etibarən bir günlük fasilədən sonra paytaxt yenidən yağıntıya məruz qaldı.

Bu dəfə də yağış suları doğma Bakını problemsiz qoymadı.

Elə kadrlardan da hər şey su kimi aydın olur.

XalqTv.com xəbər verir ki, sentyabrın 28-i Bakıya leysan xarakterli yağış yağanda REAL TV daha çox sürücülərin fikirlərinə üstünlük verib. Bu dəfə isə piyadaların.

O ki qaldı yağışlı hava şəraitinin hansı tarixə qədər davam edəcəyinə...

Yağışı bərəkətindən daha çox Bakı ilə bağlayan amil yaratdığı problemləridir. Bu da həllini tapana qədər həm sürücülərin, həm də piyadaların üzərinə düşən vəzifə məsuliyyətli və diqqətli olmalarıdır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR