Xəbərlər

Bu məktəbdə dərslərin üçnövbəli təşkili valideynləri ayağa qaldırıb - VİDEO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 01 Oct 2021
  • 2855 baxış

Abşeronda məktəbin şagirdləri yatmalı olduqları vaxtda dərsdən çıxırlar.

XalqTv.com Xəzər TV-yə istinadən bildirir ki, söhbət Qobu qəsəbəsində yerləşən 3 nömrəli məktəbdən gedir. Məktəbdə şagird sıxlığından uşaqlar dərsə 3 növbədə gedir.

Bu isə valideynlərin narazılığına səbəb olur. Qarşılıqlı ittihamlarla çıxış edən tərəflər hətta bir-birlərinə hücum edirlər.

Hətta müəllimlər və valideynlər əlbəyaxa olublar. Bu biabırçı vəziyyətin yaranmasına səbəb isə dərslərin üçnövbəli sistemlə təşkil olunması və nəticədə şagirdlərin dərsdən gec çıxmalarıdır.

Yeni tədris ili başlayandan bu məktəbdə problemlər səngimək bilmir. Şagird sayı normadan 4 dəfəyə qədər çox olan məktəbdə üçnövbəli dərs sistemi tətbiq olunub. Bu da öz növbəsində şagirdlərin dərsə 16:00-dan sonra gəlmələrinə və gecə saatlarında məktəbdən çıxmalarına səbəb olur.

Dərslərin bu qədər gec bitməsindən valideynlər qədər uşaqlar da narazıdırlar.

Valideynlərin sözlərinə görə, məktəbin ümumi şagird tutumu 550 nəfərdir. Amma hazırda məktəbdə 1800-dən çox şagird təhsil alır. Axşam növbəsinə isə sadəcə olaraq 4, 5 və 6-cı siniflər yazılıblar. Hər sinifdə isə 30-35 uşaq var.

Valideynlərin etirazına görə məktəb rəhbərliyi uşaqları müvəqqəti olaraq yaxınlıqdakı başqa bir məktəbə köçürmək qərarına gəlib.

Amma məktəb rəhbərliyinin bu qərarı valideynləri qane etmir.

Məktəb rəhbərliyi şagirdlərin dərsdən gec çıxmamaları üçün bu gündən etibarən onları 1 nömrəli məktəbə yönləndirib. Bu qərara etiraz edən valideynlər isə bu gün övladlarını ümumiyyətlə məktəbə göndərməyiblər. Belə olan halda Abşeron Rayon Təhsil Şöbəsinin əməkdaşları məktəbə gedərək valideynlərlə ortaq qərara gəlməyə çalışıblar.

Rayon Təhsil Şöbəsindən "Xəzər Xəbər"ə bildirilib ki, Qobu qəsəbəsi 3 nömrəli tam orta məktəbdə şagird sıxlığı ilə bağlı yaranmış problem aidiyyəti qurumların diqqət mərkəzindədir və hazırda şagirdlərin yerləşdirilməsi istiqamətində müvafiq addımlar atılır. Növbəti həftədən etibarən şagirdlər başqa məktəbə göndərilmədən eyni məktəbdə tədrislərini davam etdirməklə məsələ öz həllini tapacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR