Siyasət

Rusiya riskə gedəcək? - Azərbaycan Laçın dəhlizində postlar qura bilər

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 29 Sep 2021
  • 1432 baxış

XalqTv.com xəbər verirki, bu gün baş tutacaq Ərdoğan-Putin görüşündə Suriyada, Əfqanıstanda və Liviyada yaranmış vəziyyətin geniş müzakirə ediləcəyi məlumdur. Lakin Cənubi Qafqaz regionun gələcəyi, bölgənin təhlükəsizlik məsələsi də bilavasitə Soçi görüşündə veriləcək qərarlardan, gəlinəcək razılaşmalardan çox asılıdır. 

Prezident İlham Əliyev əslində Qarabağdakı narahat olduğu məsələləri son müsahibələrində dilə gətirir. Nəzərə alsaq ki, bu müsahibə məhz Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü öncəsi baş tutdu və narahat edən məqamlar rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdəki hadisələrlə bağlıdır, o zaman Soçi görüşündə Qarabağ savaşı və müharibənin sonrakı dövründə baş verənlərin hər iki ölkə liderinin müzakirə edəcəyi proseslərin mərkəzində yer alacağı ehtimalları böyükdür. Çünki Ərdoğan da Azərbaycan hakimiyyəti və cəmiyyəti qədər indiki durumdan narahatdır. Bunu nəzərə alsaq, Azərbaycan və Türkiyə liderlərinin iki gün əvvəl telefon danışığı zamanı Qarabağla bağlı Bakının Ankaraya təqdim etdiyi bir gündəliyin olduğunu və gündəliyə nələrin daxil edildiyini müəyyənləşdirmək çətin deyil.

Sentyabrın 29-da Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər edəcək və görüş çərçivəsində onun baş nazir, parlamentin spikeri və digər rəsmi şəxslərlə görüşləri gözlənilir. Əslində bu səfərin əhəmiyyəti daha böyükdür deyə bilərik. Görüşün məhz Gürcüstan hökümətinin son günlər fəal şəkildə Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi cəhdləri ərəfində baş verməsini nəzərə alsaq və eyni zamanda bu gün Soçidə də Türkiyə və Rusiya liderlərinin görüşündə Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin gündəlikdə yer alacağını istisna etməsək, o zaman yaxın zamanlarda rəsmi İrəvanın Bakı və Ankara ilə masa arxasında əyləşmək istiqamətində əməli-praktiki addımları görə bilərik.

Prezident İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalına müsahibəsi zamanı Rusiyaya münasibətlərin normallaşdırılması istiqamətində sülhməramlıların fəaliyyətini qənaətbəxş adlandırması və rəsmi Moskva ilə hərbi-texniki əməkdaşlığın davam etdiriləcəyini, müəyyən sifarişlərin verildiyini açıqlaması kimi müsbət mesajlar verdi ki, bütün bunlar Soçi görüşündə Qarabağ və Zəngəzur məsələsində Rusiyanın qərarlarına təsir edə bilər. 

Arzulanandır ki, Soçi görüşü Türkiyə-Rusiya problemələrinin müəyyən qədər aradan qalxması üçün bir imkan olacaq və Türkiyə ilə Rusiyanın münasibətlərində növbəti yaxınlaşma olacaq. Rusiya Şərqi Avropadan Mərkəzi Asiyaya uzanan coğrafiyada gücə çevrilən Türkiyə ilə daha münasib şərtlərdə anlaşmaq üçün çox güman ki, bəzi məsələlərdə kompromisə getməyi gözdən keçirəcək. Moskva yaxşı anlayır ki, Türkiyə zəif yeri olan Mərkəzi Asiyada lokomotivə çevrilir. Kremlin Soçidə Ankara ilə münasibətləri normallaşdıracağı istiqamətində əməli-praktiki gedişlər edəcəyi ümidini artıran başqa bir məqam da var: Bu, Türk Şurası məsələsidir. Gələn aydan etibarın Türk Dövlətləri Birliyi adlanacaq bu qurumda 6 türkdilli dövlətin bu ad altında birləşəcəyini, 15 ölkə müşahidəçi qismində birliyə qəbul olunacağını nəzərə alsaq Rusiya Qərb və ABŞ-la gərginləşən münasibətləri fonunda qarşısında yeni bir Birlik görmək istəməz. Çünki istisna edilmir ki, Türk Dövlətləri Birliyinə 15 müşahidəçi dövlət arasında türkdilli olmayan post-sovet ölkələri (Ukraynanın da müşahidəçi statusda qoşulması mümkündür.

Türkiyənin Krım məsələsində barışmaz mövqe ortaya qoyması bu gözləntini artırır ki, bununla da Kiyevin bu addımı post-sovet məkanında rusların yaratdığı münaqişədən əziyyət çəkən digər ölkələrə, eləcə Moldova üçün presedent yarada bilər) də yer alacaq. Bu isə Moskvanın rusların nüfuzu get-gedə düşməkdə olan MDB formatına güclü alternativin meydana çıxması deməkdir. Rusiya bütün bu amilləri nəzərə alacaqsa, istisna edilmir ki, özünə əlavə problem yaratmamaq üçün Ankaranın bır sıra, xüsusilə də İdlib və Qarabağ məsələləri ilə bağlı "təklif paketindən" imtina edəcək. Bu baxımdan Qarabağda sülhmərmlı kontingentin səlahiyyət zonası hesab edilən ərazilərdə separatçı rejim qalıqlarının qanunsuz fəaliyyətinə son qoymaq, Qarabağa qanunsuz səfərlərin qarşısını almaq, Laçın dəhlizində Azərbaycan hərbiçilərinin də fəaliyyəti məsələsində razılığa gəlmək mümkün görünür. 

Lakin hansı qərarların veriləcəyindən asılı olmayaraq istənilən halda Ermənistanın bundan sonra da 10 noyabr üçtərəfli bəyanatının şərtlərindən kənara çıxacağı, təxribatlara əl atacağı təqdirdə rəsmi Bakının sərt mövqeyi ilə üz-üzə qalacaq. Artıq bu barədə son günlər Prezident İlham Əliyev istər Paşinyan hakimiyyətinə, revanşist qüvvələrə, istərsə də onlara havadarlıq edən qüvvələrə ağıllarını başlarına yığmaq üçün son fürsəti verdiyini bildirdi.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR