İqtisadiyyat

Yeni sənaye parklarının yaradılması planlaşdırılır - Mikayıl Cabbarov

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 23 Sep 2021
  • 1674 baxış

Yaxın zamanlarda Azərbaycanda yeni sənaye parklarının yaradılması planlaşdırılır.

XalqTv.com Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov xatırladıb ki, Ağdamda sənaye parkının yaradılması üzrə işlər başlayıb.

Nazir bildirib ki, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi ilə yeni iqtisadi imkanlar yaranıb: "Hazırda əsas məqsəd bu ərazilərdə həyat keyfiyyətinin təmin olunması və "ağıllı kənd"lərin yaradılması üzrə layihələrin reallaşdırılmasıdır"

Ələt azad iqtisadi zonasının yaradılması barədə danışan M.Cabbarov bildirib ki, burada işlər 2022-ci ilin iyulunda başa çatacaq.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR