Siyasət

Xocavənddə hərbçilərimiz ermənilərə "dərs" verdilər

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 22 Sep 2021
  • 1332 baxış

Ermənilər iddia edirlər ki, Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonu istiqamətində mövqeləri irəli çəkib.

XalqTv.com Ermənistan mediasına istinadən bildirir ki, Cütcü kəndinin icma başçısı Lernik Hovvanisyanın dediyinə görə, Azərbaycan Silahlı Qüvvələri sentyabrın 21-də mövqelərini demək olar ki, 1200 metr irəli aparıb və neytral ərazidə (kəndlə ən yaxın düşmən postu arasındakı məsafə təxminən 2,5 km-dir) mövqe tutmağa çalışıb: "Hadisə Rusiya ordusuna bildirildi. Rus generalı Yeqorov hadisə yerinə gəldi. Danışıqlardan sonra azərbaycanlılar əvvəlki mövqelərinə çəkildilər. İndi tərəflər hər biri öz mövqeyində qalır".

Hərbçilərimiz ermənilərin mövqelərində və Amaras monastırında Xankəndidəki terrorçu rejimin "bayraq"larının götürülməsini tələb ediblər.

Rusiyalı sülhməramlılar isə həmin "bayraq"ların Ermənistan bayraqları ilə əvəzlənməsini təklif ediblər.

Təklif rədd edilib, bayraqlar götürülüb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR