Xəbərlər

Yol polisi valideynlərə və şagirdlərə xəbərdarlıq etdi - FOTO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 22 Sep 2021
  • 1473 baxış

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məktəblərin açılması ilə bağlı valideynlərə və şagirdlərə xəbərdarlıq edib.

XalqTv.com bildirir ki, bunu İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, valideynlər azyaşlı uşaqları nəzarətsiz qoymamalı, yol hərəkət qaydaları barədə məlumat verməli, məktəblərin qarşısında dayanma-durma qaydalarını pozmamalı, uşaqları piyada keçidlərindən istifadəyə öyrətməlidir:

"Şagirdlər də öz növbəsində piyada keçidlərindən istifadə etməli, ictimai nəqliyyatda qaydalara əməl etməlidir. Unutmayın ki, qayda pozuntuları təkcə cərimə ilə nəticələnmir, sağlamlıqla bağlı fəsadlara səbəb olur".

V.Əsədov əlavə edib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşları yeni dərs ilinin ilk günü ilə əlaqədar ümumi istifadədə olan yollara daha yaxın olan məktəblərdə müəllim, şagird və valideyn kollektivi ilə görüş keçirib, maarifləndirici məlumatlar veriblər.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR