Xəbərlər

Sudan qanunsuz istifadə aşkar edilib - VİDEO

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 21 Sep 2021
  • 1507 baxış

"Azərsu" ASC su xətlərinə edilən qeyri-qanuni müdaxilələrin qarşısını alıb

XalqTv.com Real TV-yə istinadən bildirir ki, içməli sudan qanunsuz istifadəyə qarşı nəzarət-yoxlama tədbirləri davam etdirilir. Xətai rayonu ərazisində aparılan nəzarət-yoxlama tədbirləri nəticəsində vətəndaşlar və sahibkarlıq subyektləri tərəfindən su təchizatı sistemlərinə qeyri-qanuni müdaxilə və sudan qanunsuz istifadə faktları aşkar edilib. Araşdırmalar zamanı bir sıra istehsal, ticarət və xidmət obyektlərində sudan qanunsuz istifadə edildiyi üzə çıxıb. Xətai rayonu Nazim Şükürov küçəsində yerləşən "Uğur Su" şirkətinin su təchizatı sistemlərinə baxış keçirilərkən içməli su şəbəkəsinə qanunsuz birləşmə edildiyi məlum olub. Burada şəbəkədən götürülən su xammal kimi istifadə olunub və qablaşdırılmış su istehsal edilib.

Bu, artıq neçənci faktdır ki, qablaşdırılmış su satışı ilə məşğul olan şirkətlərin sudan qanunsuz istifadə edərəkqablaşdırıb əhaliyə satdığı məlum olur. Sudan qeyri-qanuni istifadənin aşkarlandığı növbəti ünvan Neapol küçəsində yerləşən kafe olub. İctimai iaşə obyektinin sahibi texniki şərt alıb müqavilə bağlamaq əvəzinə yaxınlıqdakı yataqxana binasındakı xəttə özbaşına qoşulma edib.

Xətai rayonunun Həsən Salmanov küçəsindəki avtoyuma məntəqəsində də qanunsuz qoşulma aşkarlanıb.

Eyni zamanda Xərai rayonu ərazisində yeni tikilmiş bəzi fərdi evlərdə də sudan qanunsuz istifadənin qarşısı alınıb. Ümumilikdə, 2021-ci ilin 8 ayında sudan qanunsuz istifadə ilə bağlı "Azərsu" ASC üzrə 11 646, Xətai rayonu üzrə isə 92 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq, 3 mln 202 min kubmetr, Xətai rayonu üzrə isə 26 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR