Dünya

Rusiyada qırğın törədənin anası danışdı: Mən ideal uşaq böyütmüşəm

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 21 Sep 2021
  • 1757 baxış

"O, sakit, qayğıkeş, heyvanları, xüsusən də pişikləri sevən bir oğlan idi. Hesab edirəm ki, ideal uşaq böyütmüşəm. Nə siqaret çəkirdi, nə spirtli içki qəbul edirdi".

XalqTv.com lent.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Perm universitetində terror aktı törədən Timur Bekmansurovun anası bildirib. 

Timurun anası onu da qeyd edib ki, o, hərbi ədəbiyyatı çox sevirdi. "Xüsusən də Suriya müharibəsi mövzusunda". 

Ana daha sonra qeyd edib ki, oğlu insanlarla ünsiyyəti sevməzmiş."Müəyyən çevrəsi vardı, onlarla oturub-dururdu. Sakitliyi, evdə tək qalmağı sevirdi. Onun əynində heç vaxt uniforma görməmişəm. İnternetdən əsgər kaskası sifariş verib almışdı. Onu da yaşıl rəngə boyadı. Soruşanda bu sənin nəyinə lazımdı, qayıdırdı ki, sadəcə maraqlıdır. Yayda isə həmin kaskanı qaraya boyadı". 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR