İqtisadiyyat

TAP ilin qaz layihəsi seçildi

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 21 Sep 2021
  • 1772 baxış

XalqTv.com Azərbaycan qazını Avropaya tədarük edən Trans Adriatik Boru Kəməri (TAP) sentyabrın 20-də Dubayda keçirilən Gastech Awards 2021 Sərgi və Konfransında "Qaz, Mayeləşdirilmiş təbii qaz (MTQ) və ya Hidrogen layihəsi" kateqoriyasında qalib gəldi.

Trend-in TAP-a istinadən verdiyi məlumata görə, "Qaz, Mayeləşdirilmiş Təbii Qaz və ya Hidrogen üzrə ilin layihəsi" kateqoriyasında mükafat ətraf mühit, korporativ sosial məsuliyyət, eləcə də cədvəl üzrə və ya cədvəlin qabaqlamaqla büdcə çərçivəsində yerəni yetirilməsi daxil olmaqla bir neçə kateqoriyada mükəmməllik nümayiş etdirən dünya səviyyəli bir layihəyəyə təqdim olunur.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) üzrə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstana bir milyard kubmetr qaz tədarük ediləcək. Bu günə qədər TAP vasitəsilə Azərbaycan qazının tədarükü 5 milyard kubmetrə çatıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR