Siyasət

Prezident İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib

Xalq Tv Vətənpərvər Verlişi
Xalq Tv Vətənpərvər Verlişi
  • 21 Sep 2021
  • 1463 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

XalqTv.com AZƏRTAC-a istinadən bildirir ki, mətndə deyilir:

"Perm Dövlət Milli Tədqiqat Universitetində atışma nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR